Bu adam “Qarabağ”da Zubiri unutduracaq - VİDEO

22:20 Qarabağ 357
Bu adam “Qarabağ”da Zubiri unutduracaq - VİDEO

Qurban Qurbanov Abdullah Zubirin gedişindən sonra yarımmüdafiənin solunda yaranmış boşluğu Jali Muaddiblə Taofik İsmahilin hesabına doldurmağa çalışır.

Lakin bu, müvəqqəti xarakter daşıyır.

Çünki yaxın gələcəkdə Reda Xadra sol cinahın ağasına çevriləcək.

Oyun üslubuna görə müəyyən mənada Zubiri xatırladan almaniyalı yarımmüdafiəçi texniki bacarıqlarına görə fərqlənir.

Topla rəftarı göz oxşayır. Sağ ayağının işlək olması cərimə meydançasına daxil olmasını və qapıya zərbə vurmasını asanlaşdırır.

Zubirdən əsas fərqi sürətinin yüksək olmasıdır. Həm topla, həm də topsuz vəziyyətdə rəqiblərini geridə qoymağı bacarır.

Yarımmüdafiənin solu özünü rahat hiss etdiyi mövqedirsə, əks cinahda da ağalıq etmək potensialına sahibdir. Usta keçidlər etməklə yanaşı, ötürmə verməyi də xoşlayır. Rəqib qapıçılar üçün təhlükə yaradan zərbələri də qeyd etmək yerinə düşər.

“10 nömrə” qısa müddətdə “Qarabağ”a uyğunlaşsa, sol cinahda Elvin Cəfərquliyevlə əla tandem izləyəcəyik.

Təqdim etdiyimiz videoda Xadranın futbolçu bacarığı ilə yaxından tanış ola bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti