Premyer Liqadan daha iki klub maraqlanır - İngilis vingerlə

29 Avqust 10:20 İngiltərə 537
Premyer Liqadan daha iki klub maraqlanır - İngilis vingerlə

“Mançester Siti”nin vingeri Cek Qriliş karyerasını başqa klubda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “şəhərlilər”in gələcək planlarında yer almır və yeni çağırışa açıqdır.

Qrilişin ötən mövsüm icarə əsasında çıxış etdiyi “Everton”a qayıtmaq istədiyi qeyd olunur.

İngiltərəli futbolçu ilə Premyer Liqanın daha iki klubunun da maraqlandığı bildirilir. Bu səbəbdən, onun transfer pəncərəsinin son günlərində “Mançester Siti”dən ayrılması mümkündür.

Qriliş 2021-ci ildən “Mançester Siti”nin formasını geyinir. Futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM