Yalnız bir halda sata bilərlər - 1 sentyabra kimi daha bir vinger transfer etsələr

29 Avqust 21:40 İngiltərə 518
Yalnız bir halda sata bilərlər - 1 sentyabra kimi daha bir vinger transfer etsələr

“Liverpul”un niderlandlı vingeri Kodi Qakponun komandadan ayrılması sual altına düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın PSJ-dən Bredli Barkolanı transfer etməsi Qakponun yaxın zamanda “Tottenhem”, “Mançester Siti” və ya digər kluba keçəcəyi anlamına gəlmir.

Mersisayd klubu 26 yaşlı futbolçunu yalnız transfer pəncərəsi bağlanana qədər – 1 sentyabra kimi daha bir vinger transfer edə biləcəyi halda satmağa hazırdır.

Bildirilir ki, hazırda “Liverpul”un daha bir cinah oyunçusu transfer etməsi ssenarisi az ehtimal olunan variant kimi qiymətləndirilir.

“Liverpul” bu gün İngiltərə Premyer Liqasının 2-ci turunda “Nottingem Forest”i qəbul edəcək. Qarşılaşma saat 17:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM