73,4 milyon avroluq təklifi qəbul edilmədi - “Çelsi”nin

30 Avqust 01:40 İngiltərə 470
73,4 milyon avroluq təklifi qəbul edilmədi - “Çelsi”nin

“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transferi üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Hooligan Soccer” məlumat yayıb.

London klubu 22 yaşlı futbolçu üçün “Bornmut”a 73,4 milyon avro təklif edib. Ancaq qarşı tərəf bu təklifi rədd edib. “Bornmut” Skottun satışından 91,5 milyon avro qazanmaq istəyir.

Bildirilir ki, “Çelsi” hazırda daha yüksək məbləğdə yeni təklif hazırlayır. Londonluların növbəti təklifinin “Bornmut”un tələbinə yaxın olacağı gözlənilir.

İngiltərəli futbolçu ilə “Liverpul”, “Arsenal” və “Mançester Siti” də maraqlanır. “Şəhərlilər” “Çelsi” ilə Enzo Fernandesin transferi üzrə razılığa gələ bilməyəcəyi təqdirdə, Skottu heyətinə qatmaq variantını nəzərdən keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM