Son günlərin aktual mövzusu “Sabah”ın Çempionlar Liqasındakı rəqiblərini hansı stadionda keçirəcəyidir.
Xüsusən “Barselona” ilə qarşılaşma azərbaycanlı futbolsevərlərin marağına səbəb olub.
Klubun mətbuat katibi mətbuata verdiyi açıqlamada əsas arena kimi Tofiq Bəhramov adına Respub lik stadionunun sifariş verildiyini bildirsə də, başqa variant ehtimalının mümkünlüyünü qeyd edib.
Yeganə mümkün variant ölkənin bir nömrəli idman qurğusu olan Bakı Olimpiya Stadionudur.
Elə bu mıəqsədlə uzun illər BOS-un mətbuat katibi vəzifəsini icra etmiş Fərid Əsədovla əlaqə saxldıq. Ki, görək, “Sabah”ın ev oyunlarını BOS-da keçirmək variantı nə dərəcədə realdır. Ümumiyyətlə, arenada son durum necədir?
Məlum oldur ki, Əsədov 3 aya yaxındır Azərbaycanı ABŞ-a dəyişib və hazırda okeanın o tayında yaşayır və işləyir.
Öz istəyi ilə işindən ayrılan keçmiş stadion sözçüsünün yeri isə boş qalıb.
Maraq üçün bildirək ki, 2015-ci ildə inşası başa çatan stadionun tikintisinə 600 min dollar xərclənib.
HƏBİB / SPORTİNFO.AZ
