Şəxsi müqavilənin şərtləri barədə şifahi razılığa gəldilər - “Mançester Siti” ilə

18:40 İngiltərə 74
Şəxsi müqavilənin şərtləri barədə şifahi razılığa gəldilər - “Mançester Siti” ilə

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Mançester Siti” ilə şəxsi müqavilənin şərtləri barədə şifahi razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” hələ “Çelsi”yə rəsmi təklif göndərməyib.

Ancaq tərəflər arasında əlaqələrin yaxın vaxtlarda baş tutacağı gözlənilir. Argentina millisinin üzvü bu həftəsonu London klubunu tərk edə bilər.

Daha əvvəl yayılan məlumatlara əsasən, “Çelsi” Fernandesin transferi üçün 120 milyon funt-sterlinq (təxminən 140 milyon avro) tələb edir.

Fernandes 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədərdir.

“Transfermarkt”ın məlumatına görə, 25 yaşlı futbolçunun dəyəri 100 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti