Elvini əməliyyat etdilər - Nəzarət altında saxlanacaq

2 Sentyabr 20:20 II Divizion 439
Elvini əməliyyat etdilər - Nəzarət altında saxlanacaq

"Qarabağ"ın zədəli müdafiəçisi Elvin Cəfərquliyev əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Onun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Sol cinah oyunçusu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə avqustun 13-də keçirilən cavab qarşılaşmasında zədələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi