“Açığı, Bakıya bu qədər tez öyrəşəcəyimizi gözləmirdim“

1 Sentyabr 23:40 Hadisə 100
“Açığı, Bakıya bu qədər tez öyrəşəcəyimizi gözləmirdim“

“Bakıda “Ağ şəhər” deyilən ərazidə ailəmlə yaşayıram.

Kifayət qədər sakit və tələblərə cavab verən yerdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa“nın niderlandlı legioneri Dilan Mertens deyib.

Ölkəmizdə ikinci ayını keçirən yarımmüdafiəçi bildirib ki, burada özünü yaxşı hiss edir.

İnsanlar, ona münasibət, həyat səviyyəsi, əyləncə... Bir sözlə, hər şey onu razı salır:

“İnsanlar mülayim, ünsiyyətcil, qonaqpərvərdir. Açığı, bu dərəcədə rahat, gözəl olacağını, bu qədər tez öyrəşəcəyimizi gözləmirdim.

Bakı həqiqətən möhtəşəm şəhərdir“.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM