“Rakuv” Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı xüsusi paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Çenstoxova təmsilçisi rəsmi Tiktok hesabında 29 yaşlı hücumçunun vurduğu qollardan ibarət video yayımlayıb.
Görüntülərdə Emrelinin qolları zamanı azarkeşlərin tribunalarda keçirdiyi emosiyalar da əks olunub.
Klub videonu polyak dilində “BOŻE WEŹ STRES…” (“İlahi, bu nə stressdir…”) sözləri ilə paylaşıb.
Mahir Emreli cari mövsüm “Rakuv”un heyətində 10 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
