“Sabah”ın rəqiblərinin gündəmindədir - “Mançester Yunayted”in hücumçusu

17:20 İngiltərə 128
“Sabah”ın rəqiblərinin gündəmindədir - “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun yay transfer pəncərəsinin son günlərində komandadan ayrılması istisna edilmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

28 yaşlı futbolçunun vəziyyətini “Arsenal” və “Barselona” izləməkdə davam edir. Kataloniya klubunun nümayəndələri mövsümün sonunda futbolçu ilə yolların ayrılmasına baxmayaraq, Reşfordun düşərgəsi ilə əlaqələri qoruyur.

Hazırda ingiltərəli hücumçunun transferi real görünmür.

Ancaq “Mançester Yunayted” üçün sərfəli təklif daxil olacağı təqdirdə, onun satışı istisna edilmir. Reşford komandaya qayıtdıqdan sonra İngiltərə Premyer Liqasında bir matçda iştirak edib.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Xəbərdə adı keçən hər üç klub UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!