“Uduzma, təslim olma, Qurban! Ayağa qalx!” - Mirşahin Ağayev dəstək verdi

13:20 Qarabağ 118
“Uduzma, təslim olma, Qurban! Ayağa qalx!” - Mirşahin Ağayev dəstək verdi

“Real”TV-nin rəhbəri Mirşahin Ağayev “Qarabağ“ın Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…”

İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndir, “Sabah” deyil…

Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma, Qurban! Ayağa qalx!”, – deyə, o, bildirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlanddan “Tvente”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün cavab görüşündə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda vurduğu qollarla hesabı 4:1 edən “Tvente” mərhələ adlayıb, “Qarabağ” isə Avropa ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!