Azərbaycanlı hücumçunu kimə tapşırdılar? - YENİ TƏYİNAT

02:40 Hadisə 80
Azərbaycanlı hücumçunu kimə tapşırdılar? - YENİ TƏYİNAT

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa klubu məlumat yayıb.

Daha əvvəl komandanın məşqçilər korpusunda çalışan Davit Şulçek baş məşqçi vəzifəsini icra edəcək.

UEFA Pro lisenziyasına sahib olan 35 yaşlı mütəxəssis 2013-cü ildən peşəkar futbolda məşqçi kimi çalışır. O, karyerası ərzində “Rozvoj Katovitse”, “Viqri Suvalki”, “Stal Mieleç” və “Visla Krakov”da çalışıb.

Mütəxəssis bu ilin yanvarından “Rakuv”da əvvəlcə Lukaş Tomçikin, daha sonra isə Davit Kroçekin köməkçisi kimi fəaliyyət göstərib.

Bu müddətdə komanda Polşa Kubokunun finalına və UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

O, komandanın sabiq çalışdırıcısı Davit Kroçeki əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM