Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bölgə klubu Nihat Fərəcini transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Gəncə futbol məktəbinin yetirməsi olan Fərəci daha əvvəl “Kəpəz”də də çıxış edib.
“Cəbrayıl”ın sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.
“Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçi Samir Məhərrəmli, müdafiəçi Mahir Həsənovla anlaşıb.
