“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik, yarımmüdafiəçi Karlos Balebanın transferini şərh edib.
Sportinfoaz “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, 22 yaşlı futbolçunun komandaya tez uyğunlaşdığını bildirib:
“Karlosun bizə qoşulmasından çox məmnunuq. O, komandaya tez uyğunlaşdı. Düşünürəm ki, bizə çox şey verəcək.
Əla yaşdadır, eyni zamanda, artıq təcrübəsi var, Premyer Liqanı tanıyır. Böyük potensiala malikdir. Ona görə də, bu, bizim üçün həqiqətən əla güclənmədir”.
Baleba “Mançester Yunayted”ə “Brayton”dan keçib. Kamerunlu futbolçu yeni mövsümdə hələ meydana çıxmayıb.
“Qırmızı şeytanlar” avqustun 30-da, İngiltərə çempionatının 2-ci turunda “İpsviç”i qəbul edəcək. Qarşılaşma saat 21:30-da start götürəcək.
“Mançester Yunayted” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.
