“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze hələ də “Fiorentina”nın maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Florensiya klubu niderlandlı forvardın transferi ilə bağlı danışıqlarda hələlik irəliləyiş əldə edə bilməyib.
Danışıqların çətin getməsi səbəbindən “Fiorentina” paralel olaraq digər variantları da nəzərdən keçirir. İtaliya klubunun maraq dairəsində “Everton”un hücumçusu Beto da var.
Zirkze 2024-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, “qırmızı şeytanlar”a keçməzdən əvvəl “Bolonya”nın formasını geyinib.
25 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir. Onun komandası “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.
