Premyer Liqada mövsümün ən yaxşı oyunçusu adına 8 namizəd

14 May 2022 10:20 İngiltərə 488
Premyer Liqada mövsümün ən yaxşı oyunçusu adına 8 namizəd

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ən yaxşı adına 8 namizəd var.

Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).

Mövsümün ən yaxşı məşqçisi adına isə beş mütəxəssis namizəddir. Bunlar Xosep Qvardiola (“Mançester Siti), Patrik Vieyra (“Kristal Pelas”), Tomas Frank (“Brentford”), Eddi Hau (“Nyukasl”) və Yurgen Kloppdur (“Liverpul”).

Mövsümün ən yaxşı oyunçusu və məşqçisi azarkeşlər, futbol futbol mütəxəssisləri və 20 kapitan arasında səsvermənin yekununda müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var