
“Hall Siti”nin yeni sahibi Acun Ilıcalı komandanın baş məşqçisini dəyişir.
Sportinfo.az xəbər verir ki, “Hall Siti”nin hazırkı baş məşqçisi Qrant Makkennan istefaya göndərilir.
Onun yerinə isə Şota Arveladze gətiriləcək. Məlumata görə, gürcü mütəxəssislə prinsipial razılıq əldə edilib.
O, bu gün Londona uçub. Arveladezinin son iş yeri Özbəkistan “Paxtakor”u olub.
Gürcüstan yığmasının sabiq baş məşqçisi “Kayserispor”, “Kasımpaşa”, “Makkabi” kimi komandalarda da işləyib.
“Hall Siti” 27 turdan sonra Çempionşipdə 19-cu pillədə qərarlaşıb.