60 milyon avro və bu yarımmüdafiəçini verirlər – Bir hücumçu üçün

17 Yanvar 2022 18:40 İngiltərə 962
60 milyon avro və bu yarımmüdafiəçini verirlər – Bir hücumçu üçün

“Arsenal” “Fiorentina”nın hücumçusu Duşan Vlaxoviçi transfer etmək cəhdindən əl çəkmir.

Sportinfo.az xəbər verir ki, “topçular” İtaliya klubuna yeni təklif göndəriblər.

Onlar 21 yaşlı hücumçuya görə 60 milyon avro və yarımmüdafiəçi Lukas Torreyranı verməyə hazırdırlar.

Torreyra hazırda icarə əsasında “Fiorentina”da oynayır. Vlaxoviç “Forentina”ya 2018-ci ildə “Partizan”dan cəmisi 2 milyon avroya transfer olunub.

O, cari mövsümdə 16 qol vurub, 3 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır