Premyer Liqada daha bir matç koronavirusa görə təxirə salındı

15 Yanvar 2022 15:20 İngiltərə 358
Premyer Liqada daha bir matç koronavirusa görə təxirə salındı

İngiltərə Premyer Liqasının 22-ci turunun “Bernli” – “Lester Siti” oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Yanvarın 15-də keçirilməli olan qarşılaşma “Bernli”nin heyətində koronavirusa kütləvi yoluxma səbəbindən başqa tarixdə keçiriləcək. Oyunun yeni tarixi daha sonra müəyyənləşəcək.

Bununla da “Bernli”nin bu mövsüm təxirə salınmış oyunlarının sayı dördə çatıb.

Daha öncə bu klubun “Aston Villa”, “Tottenhem” və “Everton”la matçları da təxirə salınmışdı. “Lester Siti”də isə təxirə salınmış oyunların sayı üçə yüksəlib.

Bu mövsüm keçirdiyi 17 oyunda cəmi 11 xal toplamış “Bernli” 18-ci, “Lester Siti” isə 25 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda