Onu şəxsən özü qaytarmaq istəyir – Məşhur klub sahibi

22 Oktyabr 2021 15:20 İngiltərə 944
Onu şəxsən özü qaytarmaq istəyir – Məşhur klub sahibi

“Çelsi” “Real”la fəal danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, London klubu belçikalı sabiq futbolçusu Eden Azarı geri qaytarmağı planlaşdırır.

Məlumata görə, bu plan şəxsən klubun sahibi Roman Abramoviçə məxsusdur.

O, “Çelsi”nin Avropanın liderləri arasında qalması üçün heyətin gücləndirilməsində maraqlıdır. Milyarderin prioritet hədəfi isə belçikalı futbolçudur.

London nəhəngi sabiq futbolçusuna görə 50 milyon avro ödəməyə hazırdır. O da bildirilir ki, “Real” rəhbərliyi də futbolçunun komandada gələcək perspektivinə inanmır.

Ona görə də Azarı satmağa hazırdırlar. Amma “kral klubu”nun prezidenti Florentino Persin futbolçuya görə bir qədər çox – 60 milyon avro gəlir əldə etməyi düşünür.

Azar “Real”a 2019-cu ildə “Çelsi”dən keçib. “Kral klubu” ona görə 115 milyon avro ödəmişdi. Onun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?