Ronaldodan emosional rəy: “Biz sağıq, birləşəndə heç vaxt təslim olmuruq“

21 Oktyabr 2021 15:40 İngiltərə 430
Ronaldodan emosional rəy: “Biz sağıq, birləşəndə heç vaxt təslim olmuruq“

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Atalanta” ilə keçirilən oyundan sonra emosional paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Ronaldo “instaqram”da belə yazıb:

“Bəli, “arzuların teatrı” alovlanıb. Biz sağıq. Birləşəndə heç vaxt təslim olmuruq. Bu, “Old Trafford”dur”.

“Mançester Yunayted”in 3:2 hesabı ilə qalib gəldiyi oyunda qələbə qolunu Ronaldo vurub.

Digər Xəbərlər
Xəbər Lenti