Premyer Liqa klublarının ərəblərə satılmasını əngəlləyən qanun layihəsi qəbul etdi

19 Oktyabr 2021 15:40 İngiltərə 775
Premyer Liqa klublarının ərəblərə satılmasını əngəlləyən qanun layihəsi qəbul etdi

Premyer Liqa klubları “Nyukasl”ın ərəb investorlarla sponsorluq müqaviləsi bağlamasını əngəlləyən qanun layihəsi qəbul ediblər.

Sportinfo.az xəbər verir ki, bununla bağlı iclas oktyabrın 18-də keçirilib.

“Nyukasl” rəhbərliyi bu qanunun qəbulunun rəqabəti pozduğunu bildirib və onu ədalətsiz adlandırıb.

Qanunun qəbuluna 18 klub səs verib. “Nyukasl” bunun əleyhinə çıxıbsa,

“Mançester Siti” bitərəf qalıb. Premyer Liqa klubları “Mançester Siti”nin ərəblər tərəfindən alınmasından sonra yaranan durumu nəzərə alıb, “Nyukasl”ın da ərəb investorlara satılmasından çəkinirlər.

Onlar belə sponsorluq müqaviləsinin “Nyukas”la əlavə üstünlük yaradacağını düşünürlər.

Klublar o fikirdədirlər ki, ya bunun qarşısı alınmalı, ya da ədalətli bazar dəyərinin ödənilməsini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Yeni qayda gələn aydan qüvvəyə minəcək və 20 klubun hər birinə şamil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti