Ronaldo "Mançester Yunayted"də kimdən narazıdır? - SƏBƏB

16 Oktyabr 22:00 İngiltərə 463
Ronaldo "Mançester Yunayted"də kimdən narazıdır? - SƏBƏB

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo komandanın baş məşqçisi Ole Qunnar Sulşer ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

36 yaşlı hücumçu "qırmızı şeytanlar"da az oyun şansı aldığına görə narazıdır. O, görüş zamanı Sulşerə hər matçda meydanda olmaq istədiyini bildirib.

Avqustun 31-i "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayan Ronaldo komandada 6 matçda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti