Pol Poqba "Mançester Yunayted"i "Real"a dəyişir

15 Oktyabr 2021 01:34 İngiltərə 874
Pol Poqba "Mançester Yunayted"i "Real"a dəyişir

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Real”ın futbolçusu ola bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu” fransalını yayda azad agent statusu ilə heyətinə qatmaq niyyətindədi.

Bir müddət əvvəl futbolçunun meneceri olan Mino Rayola Poqbanın “Yuventus”a keçə biləcəyini demişdi.

2022-ci ilin yayında “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq yarımmüdafiəçinin karyerasına harada davam edəcəyi dəqiq deyil.

Fransa millisinin futbolçusunun “Yuventus”a yox, “Real”a keçidə üstünlük verəcəyi ethimal edilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM