"Mən federasiyadan danışıqları payızın sonuna qədər təxirə salmağı xahiş etdim"

12 Oktyabr 2021 18:20 İngiltərə 303
"Mən federasiyadan danışıqları payızın sonuna qədər təxirə salmağı xahiş etdim"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmanı çalışdırmağa davam edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib.

O, DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına görə müqaviləni uzatmaq üçün danışıqları təxirə saldığını, lakin millidə qalmaq istədiyini deyib:

"Mən İngiltərə Futbol Federasiyasından danışıqları payızın sonuna qədər təxirə salmağı xahiş etdim. Çünki bu oyunlara diqqət yetirmək üçün vaxt istədim.

Avro-2020-dən sonra belə bir turnirdə oynadığımıza görə çox gözəl duyğular, hisslər və yorğunluq vardı. Doğru qərarlar verdiyimə əmin olmaq istəyirəm.

Hamı məni dəstəkləyir. Əsas vəzifəm isə komandanı DÇ-2022-nin final mərhələsinə çıxarmaqdır. Qarşıdakı bir neçə həftə ərzində müqavilə üçün danışıqlar aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti