"Hazırda Avropanın ən yaxşı komandası “Mançester Siti”dir”

3 Oktyabr 2021 18:20 İngiltərə 315
"Hazırda Avropanın ən yaxşı komandası “Mançester Siti”dir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 7-ci turunda “Mançester Siti”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, “Mançester Siti”nin Avropanın ən yaxşı komandası olduğunu deyib:

“Mançester Siti” möhtəşəm bir komandadır. PSJ-yə məğlub olduqları oyuna baxdım, həqiqətən, çox yaxşı oynadılar.

Sadəcə, bəxtləri gətirmədi və PSJ qol vurdu. Ümumi oyunu götürsək, nəzarət “Mançester Siti”də idi. Bu da onların səviyyəsini göstərir.

“Mançester Siti” ilə hər mövsüm oynamaq xüsusi bir şeydir. Ən yaxşı futbolumuzu oynamalıyıq ki, şansımız olsun. Düşünürəm ki, hazırda Avropanın ən yaxşı komandası “Mançester Siti”dir”.

Oktyabrın 3-də keçiriləcək “Liverpul” – “Mançester Siti” matçı saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu