Edinson Kavani qışda “Barselona”ya keçəcək?

28 Sentyabr 2021 18:20 İngiltərə 512
Edinson Kavani qışda “Barselona”ya keçəcək?

“Mançester Yunayted”in forvardı Edinson Kavani komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, uruqvaylı hücumçunun qışda “Barselona”ya keçmək variantı var.

Məlumata görə, Kavani MY-dəki durumundan narazıdır.

Meydanda az olması 34 yaşlı futbolçunu qane etmir. Hücum xəttində problemləri olan “Barsa”nın isə ona maraq göstərdiyi bildirilir.

Kavani “Mançester Yunayted”də 2020-ci ildən çıxış edir. O, cari mövsümün startını zədə ucbatından buraxmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti