"Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir - Ronaldo

28 Sentyabr 2021 10:20 İngiltərə 383
"Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir - Ronaldo

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldo peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.

Bu, təcrübəli forvarda Mançester təmsilçisinin akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.

Kriştianu Ronaldo cari mövsümdə "Mançester Yunayted"də meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”