Çempion olacağına niyə inanmır? - “Mançester Yunayted”in

27 Sentyabr 2021 22:00 İngiltərə 396
Çempion olacağına niyə inanmır? - “Mançester Yunayted”in

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, sabiq komandasının çempionluq şansı haqda da fikrini bildirib.

Nevill MY-nin çempion olacağına inanmadığını deyib:

“Mən bunu MY qalib gələndə, Ronaldo qol vuranda da deyirdim. “Yunayted” o qədər də yaxşı oynamır, komanda oyunu yoxdur.

Bunsuz isə liqada qalib gəlmək mümkün deyil. Bütöv komanda olmaq lazımdır, həm toplu, həm də topsuz məqamlarda. Ancaq onlar bunu bəzi məqamlarda edirlər ki, bu da kifayət deyil.

“Çelsi”, “Liverpul” və “Mançester Siti”yə baxıram. Onlar əsl komandadırlar. Sulşer MY-ni də komandaya çevirməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti