Məşhur futbolçunun proqnozu - 18 yaşlı həmyerlisi haqda

22 Sentyabr 2021 21:40 İngiltərə 955
Məşhur futbolçunun proqnozu - 18 yaşlı həmyerlisi haqda

Braziliya yığmasının sabiq futbolçusu Rivaldo “Mançester Siti” ilə anlaşan həmyerlisi Kayki haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Flamenqo”nun 18 yaşlı futbolçusu 2021-ci ilin aprelində “Siti”yə keçəcək.

Rivaldo qısa bir vaxtdan sonra Kaykinin parlayacağına inandığını bildirib:

“O, gələcəkdə əla futbolçu ola bilər. Amma nəzərə almaq lazımdır ki, 18 yaşında Premyer Liqaya gedən biri üçün adaptasiya müddəti qaçılmazdır.

Ona görə də onun ilk vaxtlar əsas komandada görünəcəyini iddia etmək olmaz.

Qabriel Jesusun orda olması ona kömək edəcək. Əminəm ki, o, bir və ya iki ildən sonra Qvardiolanın komandasının əsas üzvlərindən biri olacaq”.

Məlumata görə, “Siti” 18 yaşlı futbolçu üçün 10 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti