MY-dən xəbərdarlıq – Get, özünə komanda axtar

22 Sentyabr 2021 22:00 İngiltərə 606
MY-dən xəbərdarlıq – Get, özünə komanda axtar

“Mançester Yunayted” Antoni Marsyalla yolları ayırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, MY-nin məşqçilər korpusu 25 yaşlı futbolçunun xidmətində maraqlı deyil.

Rəhbərlik də bu amili nəzərə alaraq futbolçuya xəbərdarlıq edib. Onun agentinə bildirilib ki, Marsyal özünə yeni klub axtara bilər.

O da bildirilir ki, fransız futbolçu karyerasını Premyer Liqada davam etdirmək istəyir. O, “Mançester Yunayted”də 2015-ci ildən çıxış edir.

Marsyal cari mövsümdə 4 oyunda (biri start heyətində) meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu