“Qarabağ” hegemondur, onun qabağını almaq çətindir”

9 İyul 2024 00:40 Neftçi 1 412
“Qarabağ” hegemondur, onun qabağını almaq çətindir”

"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir “GE” portalına danışan legioner iddialı danışıb.

Matiasın sözlərinə görə, qarşıdakı mövsümdə ölkə çempionu “Qarabağ”la mübarizə aparmağa hazırdırlar:

"Azərbaycan Premyer Liqasında çempionluq qazana bilmədik. Uzun illər ardıcıl çempion olan “Qarabağ” var və bu hegemonluğun qabağını almaq çətindir.

Amma yeni mövsümdə bunun üçün çalışacağıq. Ölkənin ən zəngin ənənəsi olan klub olduğu üçün komandamızı layiqli yerə aparmalıyıq.

Klubun böyük hekayəsi var. Biz bunu nəzərə almalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti