1:0-dan elə məst oldu ki… "Karyeramın ən yaxşı 10 günü idi"

13 Sentyabr 2021 00:28 İngiltərə 478
1:0-dan elə məst oldu ki…

Uzun müddətdir ki, uğursuzluğa düçar olan “Arsenal” Premyer Liqanın 4-cü turunda “Norviç”ə 1:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta matçla bağlı yerli mətbuata danışıb:

“Biz çox xoşbəxtik. ​Bilirdik ki, bizi çətin oyun gözləyir. İstədiyimizi götürə bildik.

Çətinlik çəksək də, qalib gəldik. Ardıcıl 3 məğlubiyyətdən sonra işimiz çətinləşmişdi. Karyeramın ən yaxşı 10 günü idi.

Ən asanları deyildi, amma ən yaxşıları idi. Çünki çətin anlarda çox şey öyrənirsiniz. “Norviç” matçında 7 dəyişiklik etdik və daha yaxşı görünürdük”.

Digər Xəbərlər
Xəbər Lenti