“Arsenal”dan ayrılan futbolçu rəsmən Braziliya klubunda

12 Sentyabr 2021 22:00 İngiltərə 718
“Arsenal”dan ayrılan futbolçu rəsmən Braziliya klubunda

“Arsenal”dan ayrılan braziliyalı futbolçu David Luisin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Flamenqo” ilə anlaşıb.

O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisinin formasını geyinəcək.

David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klubların uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti