Premyer Liqada avqustun ən yaxşı məşqçisi bilindi

11 Sentyabr 2021 10:00 İngiltərə 916
Premyer Liqada avqustun ən yaxşı məşqçisi bilindi

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən ayın ən yaxşısı “Tottenhem”i çalışdıran Nuno Espirito Santo seçilib.

Portuqaliyalı mütəxəssisin çalışdırdığı kollektiv ötən ay keçirdiyi hər üç oyundan qalib ayrılıb. London təmsilçisi bu oyunlarda qapısından da top buraxmayıb və 9 xalla vahid liderdir.

Ötən ayın ən yaxşı oyunçusu isə “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib.

Digər Xəbərlər
Xəbər Lenti