"Klubda hamı onu çox sevir, qapımız hər zaman açıqdır”

11 Sentyabr 2021 01:38 İngiltərə 426
"Klubda hamı onu çox sevir, qapımız hər zaman açıqdır”

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın sabiq futbolçusu Cek Uilşirin komanda tapana qədər onlarla məşq edə biləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis klubsuz qalan Uilşir barədə bu cür danışıb:

“Ceki çoxdan tanıyıram. Onunla birlikdə paltardəyişmə otağını bölüşmüşük. Klubda hamı onu çox sevir. Qapımız hər zaman Uilşirə açıqdı”.

Cek Uilşir 2008-2018-ci illər arasında "Arsenal"da oynayıb. Son klubu "Bornmut" olan Uilşir hazırda klubsuzdu.

Digər Xəbərlər
Xəbər Lenti