"Nə deyə bilərəm, mən bunu 5 ildir ki, tələb edirdim"

8 Sentyabr 2021 22:00 İngiltərə 555
"Nə deyə bilərəm, mən bunu 5 ildir ki, tələb edirdim"

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand Rafael Varanın transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Ferdinand Varanın yüksək səviyyəli müdafiəçi olduğunu bildirib. O, bu transferin gerçəkləşməsini 5 ildir istədiyini də vurğulayıb:

“Varan top-səviyyə müdafiəçilərdəndir. Son illərdə Varan, van Deyk, Serxio Ramos yüksək səviyyəli müdafiəçi hesab olunublar. Onlar sabitliyi həmişə qoruyublar.

Onun MY-yə keçidi haqda nə deyə bilərəm? Mən bunu 5 ildir ki, tələb edirdim”.

“Lion”un yetirməsi sayılan Varan 2011-ci ildən “Real”da çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti