Onu meydandan çıxarın, məni buraxın – ZARAFATA BAX!

8 Sentyabr 2021 10:20 İngiltərə 958
Onu meydandan çıxarın, məni buraxın – ZARAFATA BAX!

“Mançester Siti”nin qapıçısı Ederson komanda yoldaşı Kevin De Bröynlə zarafat edib.

Sportinfo.az xəbər verir ki, Ederson klub televiziyasına müsahibə verərkən, ona 2005-ci ildə “Midlsbro” ilə keçirilən oyundan epizod göstəriblər.

Həmin oyunda qapıçı Devid Ceyms meydana hücumçu kimi çıxmışdı. Ederson bu epizoda belə münasibət bildirib:

“O qarşılaşma yadımdadır. Bu oğlan ağlını itirmişdi. Əgər kimsə mənə bunu təklif etsə, onda belə deyərdim:

“De Bröynü meydandan çıxarın, onun mövqeyinə məni buraxın. Əgər mən yarımmüdafiədə oynasaydım, Kevin ehtiyatda qalardı.

Yaxşı, zarafat edirəm. Amma deməliyəm ki, yarımmüdafiəçi mövqeyi məni həqiqətən də cəlb edir”.

Ederson “Siti”də 2017-ci ildən çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!