“Mançester Yunayted” Ronaldoya görə 5 il pul ödəyəcək

8 Sentyabr 2021 00:00 İngiltərə 547
“Mançester Yunayted” Ronaldoya görə 5 il pul ödəyəcək

Deyəsən, “Yuventus” Kriştiano Ronaldodan, sadəcə canını qurtarıb.

Çünki futbolçuya görə ödəniləcək məbləğin miqdarı və vaxtı bunu iddia etmək üçün tutarlı səbəbdir.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” Ronaldoya görə “Yuventus”a 15 milyon avro ödəyəcək.

Amma ingilislər bu məbləği 5 il ərzində ödəyəcək. “Yuve”nin büdcəsinə hər il 3 milyon avro ödəniləcək və proses 2026-cı ildə başa çatacaq.

Böyük ehtimalla, həmin vaxta qədər Ronaldo karyerasını da bitirmiş olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!