Ona görə ilk təklif: 70 milyon avro + Abraham

17 İyun 2021 00:14 İngiltərə 534
Ona görə ilk təklif: 70 milyon avro + Abraham

“Çelsi” Erlinq Holandı transfer etmək üçün fəaliyyətə başlayıb.

Sportinfo.az xəbər verir ki, London klubu Dortmund “Borussiya”sına ilk təklifi göndərib.

Məlumata görə, 20 yaşlı norveçli hücumçu üçün 70 milyon avro + Temmi Abraham təklif olunub.

“Borussiya”nın bu təklifə hələ cavab vermədiyi bildirilir. Holand Dortmund klubuna 2020-ci ilin yanvarında “Zalsburq”dan keçib.

O, 2020/2021 mövsümündə 40 oyunda 40 qol vurub. “Transfermarkt” onun bazar qiymətini 110 milyon avro müəyyənləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"