«Turan Tovuz»un sabiq baş məşqçisi Rasim Əliyevin yeni iş yeri məlum olub.
İllər öncə Tovuz komandasını çalışdırmış mütəxəssis bundan sonra «Şəfa»da fəaliyyət göstərəcək.
O, 21 il sonra Premyer Liqaya vəsiqə qazanmış klubda Uşaq-Gənclər Futbolunun İnkişaf Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Başqa sözlə, Əliyev paytaxt təmsilçisinin akademiyasında vəzifəyə yiyələnib.
A kateqoriyalı mütəxəssisin son iş yeri «Şəmkir» olub. O, ötən ilin payızında sükanı arxasına keçdiyi II Liqa komandasında 3 ay işləyib və istefa verib.
SPORTİNFO.AZ

