“Neftçi”nin formasını geyindi, 2 illik müqavilə imzaladı - FOTOLAR

13 İyul 00:40 Hadisə 864
“Neftçi”nin formasını geyindi, 2 illik müqavilə imzaladı - FOTOLAR

"Şəfa" yeni transfer gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflini transfer edib. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

U-21 milli komandamızın sabiq üzvü olan Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, “Neftçi”nin də formasını geyinib.

"Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya” ​, Rumıniya) və Musa Quelini ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!