İspaniya millisinin hücumçusu Lamin Yamalın sevgilisi İnes Qarsiya kanadalı müğənni Castin Biber üçün DÇ-2026-nın finalına çıxmağı xahiş edib.
Biber final matçının fasiləsində Şakira, Madonna və BTS ilə birlikdə çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, Qarsiya sosial media hesabında yazıb:
“Əzizim, finala çıxmaq üçün nə lazımdırsa et. Məni eşidirsən? Hər şey!”.
Daha əvvəl bildirilmişdi ki, Castin Biber 2026-cı il Dünya Kuboku finalının fasiləsində çıxış edəcək sənətçilərdən biri olacaq .
Fasilədə nümayiş olunan şou, dünya miqyasında uşaqların təhsil və futbola çıxışını genişləndirmək üçün 100 milyon dollar toplamağı hədəfləyən FIFA-nın Qlobal Təhsil Fonduna dəstək olacaq.
Dünya Kuboku oyunları üçün satılan hər bilet üçün fonda 1 dollar bağışlanacaq. Bu günə qədər 50 milyon dollardan çox vəsait toplanıb.


