Premyer Liqa klubunu şirkət sahibinə satmadılar

16 May 2021 18:40 İngiltərə 1 148
Premyer Liqa klubunu şirkət sahibinə satmadılar

Mobil musiqi və podkast yayımçısı "Spotify" şirkətinin qurucusu Daniel Ek "Arsenal"ı almaq istəyir.

Sportinfo.az xəbər verir ki, iş adamı klub sahiblərinə müraciət etsə də, rədd cavabı alıb.

Bu barədə Ek özü sosial media hesablarında məlumat yayıb. O bildirib:

"Arsenal"dan "pula ehtiyacımız yoxdur" cavabı verildi. Onların qərarıarına hörmət edirəm. Ancaq fikirləri dəyişsə, yenidən satış işləri ilə bağlı maraqlanmağa hazıram".

Həmçinin İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Ekin "topçular"ı almaq istəməsi komandanın əfsanəvi oyunçuları Tyeri Anri, Dennis Berqamp və Patrik Vyera tərəfindən də dəstəklənib.

"Arsenal"ın hazırkı sahibi ABŞ-dan Kroenke ailəsidir. Klubun qiyməti isə 2.8 milyard dollardır.

Digər Xəbərlər
Xəbər Lenti