Tuxel “Çelsi” rəhbərliyindən onun transfer edilməsini istədi

20 Aprel 2021 00:28 İngiltərə 894
Tuxel “Çelsi” rəhbərliyindən onun transfer edilməsini istədi

"Çelsi” yayda heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, “zadəganlar” İspaniya “Real”ının futbolçusu Rafael Varanı transfer etmək istəyir.

Bu barədə alman jurnalist Kristian Falk özünün “tvitter” hesabında məlumat yayıb. “Çelsi”nin baş məşqçisi Tomas Tuxel rəhbərlikdən fransız müdafiəçinin transfer edilməsini istəyib.

2011-ci ildən “Real”da çıxış edən Varanın müqaviləsi 2022-ci ilin yayına qədərdir. 27 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti