İngiltərə kubokunda 1/16 final oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, günün ən maraqlı dueli Premyer Liqanın liderləri arasında baş tutub.
“Mançester Yunayted” “Liverpul”u qəbul edib. Məhsuldar keçən görüşdə meydan sahibləri qələbə qazanıb.
Daha bir matçda iki Premyer Liqa təmsilçisi görüşüb. “Bernli” səfərdə “Fulhem”i darmadağın edib. “Çelsi” və “Lester” isə aşağı liqa təmsilçiləri üzərində qələbə ilə 1/8 finala yüksəlib.
Fevralın 9-11-də baş tutacaq 1/8 finalda “Mançester Yunayted” “Vest Hem”i, “Lester” “Braytonu qəbul edəcəksə, “Çelsi” “Barnsli”nin qonağı olacaq. “Bernli”nin rəqibi “Bornmut” – “Kroli” matçında bəlli olacaq.
24 yanvar
“Çelsi” – “Luton” – 3:1
Abraham, 11, 17, 74 – Klark, 30
“Brentford” – “Lester” – 1:3
Bek, 6 – Ündər, 46, Tilemans, 51 (pen.), Maddison, 71
“Fulhem” – “Bernli” – 0:3
Rodriges, 31, 71 (pen.), Lonq, 81
“Mançester Yunayted” – “Liverpul” – 3:2
Qrinvud, 26, Reşford, 48, Fernandeş, 78 - Salah, 18, 58