
"Qələbə qazansaq da, bəzi şeyləri düzəltməliyik".
Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın "Jomi Salerno" klubunun həndbolçusu Martina De Santis "Kür"ə 36:19 hesabı ilə qalib gəldikləri Avropa Kubokunun 1/32 final mərhələsinin cavab matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Oyunçu Mingəçevirə səyahətlərinin bir az uzun çəkdiyini bildirib:
"Amma bizim üçün xoşdur. Hələlik növbəti rəqibin hansı kolleltiv olduğunu bilmirik.
Amma kimliyindən asılı olmayaraq qələbə barədə düşünəcəyik və bacardığım qədər yaxşı oynamağa çalışacağıq".