Azərbaycan klubu fransalı oyunçunu rənglərinə bağladı

21 İyul 2024 22:05 Həndbol 1 394
Azərbaycan klubu fransalı oyunçunu rənglərinə bağladı

“Azəryol” heyətinə yeni həndbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu fransalı Hava Konteni transfer edib.

26 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qvineyalı həndbolçunun son klubu Fransa təmsilçisi “Sel-sür-Bel” olub.

Hava Konte “Neftçi”nin Syerra-leoneli futbolçusu Alfa Kontenin həyat yoldaşıdır.

“Azəryol” komandası yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab