Maradonanın oğlu Mesidən 10 nömrəli formanın alınmasını istəyir

3 Dekabr 2020 18:20 Hadisə 572
Maradonanın oğlu Mesidən 10 nömrəli formanın alınmasını istəyir

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu 10 nömrəli forma ilə bağlı müraciət edib.

Sportinfo.az xəbər verir ki, kiçik Dieqo Maradona atasının oynadığı bütün komandalarda 10 nömrəli formanın əbədiləşdirilməsini istəyir.

O, hətta “Barselona”nın da bu addımı atmalı olduğunu bildirib: “Bu, çox emosional gün oldu. Messinin jesti xüsusilə duyğulu idi. Bu jest mənə çox təsir etdi, ağladım.

Atamı n formasının əbədiləşdirilməsi? Bəli, düşünürəm ki, onun oynadığı bütün komandalarda 10 nömrəli forma əbədiləşdirilməlidir. O cümlədən “Barselona”da da.

Amma bu, hazırda ikinci dərəcəli işdir. Mən bu ağır dönəmi adlatmaq haqda düşünürəm”.

Hazırda “Barselona”da 10 nömrəli formanı Lionel Messi geyinir. Dieqo Maradona noyabrın 25-də dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti