Maradona harada dəfn olundu? - FOTO

27 Noyabr 2020 10:00 Hadisə 551
Maradona harada dəfn olundu? - FOTO

Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradona Buenos-Ayresdən 35 kilometr məsafədə yerləşən Bella-Vista adlı özəl qəbiristanlıqda dəfn olunub.

Sportinfo.az xəbər verir ki, mərasimi “Todo Noticias” telekanalı canlı yayımlayıb.

Dəfn mərasimi məhdud çevrədə keçirilib. Keçmiş futbolçunun atası Don Dieqo və anası Dalma Franko da bu qəbiristanlıqda uyuyurlar.

Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi